Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Höccətül-İslam vəl-müslimin Qulamhüseyn Möhsini Ejeyi müqəddəs Qum şəhərinə səfəri çərçivəsində həzrət Ayətullah Cəfər Sübhani ilə görüşmək və söhbət etmək üçün onun evində olub.
Ayətullah Sübhani bu görüşdə çətin məsuliyyətləri qəbul etməyin böyük iradə və kifayət qədər iman tələb etdiyini bildirərək, qeyd edib: Bu gün məhkəmə hakimiyyəti orqanına təşəkkür etmək yerinə düşər ki, kəbin haqqı (mehriyyə) ilə bağlı işlərin problemini əvvəlki illərlə müqayisədə müəyyən qədər həll edib.
O həzrət həmçinin bu görüşdə məhkəmə işlərində barışıq və sülh məsələsinə məhkəmə qurumları tərəfindən maksimum diqqət göstərilməsinin zəruriliyini vurğulayıb.
Höccətül-İslam vəl-müslimin Möhsini Ejeyi də bu görüşdə Ayətullah Cəfər Sübhani tərəfindən məhkəmə hakimiyyəti orqanının ailə və mehriyyə sahəsində gördüyü tədbirlərlə bağlı edilən təşəkkürə cavab olaraq bildirib: Məhkəmə hakimiyyəti son illərdə ailə işləri, o cümlədən mehriyyə ilə bağlı məhkəmə işlərinin azaldılması və idarə olunması sahəsində irəliyə doğru addımlar atıb; lakin hələ də bu məsələdə İslam meyarlarına uyğun cəmiyyət üçün arzuolunan və münasib vəziyyətdən uzağıq.
Məhkəmə hakimiyyəti orqanının rəhbəri daha sonra məhkəmə işlərinin toplanmasına səbəb olan bəzi uzunmüddətli problemləri izah edərək deyib: Daşınar və daşınmaz əmlakla bağlı müqavilələrdə öhdəliklərin yerinə yetirilməsinin gecikməsi nəticəsində yaranan gecikmə ödənişləri və zərərlər məsələsi məhkəmə hakimiyyəti orqanına daxil olan işlərin artmasına səbəb olur. Bu istiqamətdə dini elmi hövzələrin yardımı ilə hüquqi və fiqhi təşəbbüsləri hazırlayıb həyata keçirməyə ehtiyac var ki, artmaqda olan bu işlərin sayı azaldılsın.
Məhkəmə hakimiyyəti orqanının rəhbəri daha sonra məhkəmə orqanlarında 477-ci maddənin tətbiqi ilə bağlı müraciətlərə baxılması barədə açıqlamalar verib.
Video | Məhkəmə hakimiyyəti orqanı rəhbərinin mərcəiyyətə təqdim etdiyi hesabatdan görüntülər
Xəbərin sonu 313/3
Rəyiniz